Liviya üsyançılarının “zəhməti” Qəddafi hökumətinin hesablarından ödəniləcək
Liviyada vətəndaş müharibəsi başlamamışdan əvvəl bu ölkənin ABŞ və Fransada dondurulmuş hesablarının "sahibi" tapılıb. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton və Paris yaxın vaxtlarda Liviya üsyançılarının "zəhmət haqqı"nı ödəmək üçün Müəmmar Qəddafi hökumətinin hesablarının ağzını açıb. Bu barədə rəsmi məlumat verilib.
Tripolinin ələ keçirilməsindən sonra keçid hökuməti ölkənin dağılmış infrastrukturunu bərpa etmək üçün fikirləşdiyi bir vaxtda okeanın həm o, həm də bu tərəfindən "yardım əli" uzanıb. Necə deyərlər "başqasının malından özünə dost tutmağa çalışan" Qərb bu dəfə də vədinə xilaf çıxmayıb. Hesabların yaxın vaxtlarda "donunun açılacağı" gözlənilir.
Məsələyə ABŞ-ın mətbuat katibinin müavini Coş Ernest də münasibət bildirib: "ABŞ hökuməti Liviyanın müharibədən əvvəl dondurulmuş aktivlərinin yenidən aktivləşməsi üzərində işləyir. Söhbət humanitar yardım, keçid hökumətinin saxlanılması və infrastrukturun bərpa edilməsi üçün ayrılmış 1,5 milyard dollardan gedir".
Məlumatda bildirilir ki, təkcə ABŞ-da Liviyanın 32 milyard dollarlıq vəsaiti saxlanılır. Digər mənbələrin verdiyi məlumatlardan isə belə görünür ki, Liviyaya qarşı hərbi aksiyada iştirak etmiş ölkələr də keçmiş hökumətin hesablarından öz paylarını, yəni müharibəyə qoyduqları "halal pullarını" almaq iddiasındadırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB