Türkiyə İraq üçün zəmanətli dövlətdir

Türkiyə İraq üçün zəmanətli dövlətdir
İraqın Türkiyədəki səfiri Abi Tabik \"Səadət\" partiyasına yenidən sədr seçilmiş Mustafa Kamalakı təbrik etmək üçün partiyanın mərkəzi qərargahına gedib. SİA-nın məlumatına görə, Səddam Hüseyn dönəmində özünü \"Səadət\" partiyasının İraqdakı nümayəndəsi hesab etdiyini dilə gətirən səfir vurğulayıb ki, partiyanın qərargahına gəldiyi üçün fərəh hissi duyur. Özünü Türkiyədə səfir kimi deyil, evindəki kimi hiss etdiyini deyən Abu Tabik: \"İstər hörmətli prezident Abdullah Gül bəy olsun, istərsə də Türkiyə hökumətinin digər nümayəndələri olsun hər zaman bu sözləri ifadə etmişəm; Türkiyə həqiqətən də İraq üçün bir zəmanət dövləti olub\",- sözlərini işlədib: \"Biz qonşu dövlətlərik, bir-birimizə hər zaman təsir etmişik. Xeyir olsun, şər olsun, bunların hər birini paylaşmışıq. İnşaallah hər zaman xeyir olar\".
Abi Tabik \"Səadət\" partiyasının sədri Kamalakı İraqı ziyarət etməyə dəvət edib və bu işdə istənilən köməkliyi göstərməyə hazır olduğunu bildirib.
Mustafa Kamalak isə İraq ilə sadəcə qonşu deyil, qardaş ölkə olduğunu vurğulayıb. Partiya sədri ölkələr arasında sərhədlər olmasına rəğmən könüllər arasında bu sərhədin olmadığını ifadə edib: \"Bizim İraqla bağlı təmənnamız, arzumuz oranın bir an öncə sülhə qovuşması və oradakı qardaşlarımızın rifahıdır\".
Hurriyet. com. tr-nin yaydığı məlumata görə, Abi Tabik bir müxbirin "Türkiyənin terror təşkilatı PKK ilə mücadilə istiqamətində qurudan başlayacaq hərbi əməliyyatına necə baxdığı\" sualına belə cavab verib: \"Bu sual elə də asan cavablandırılası sual deyil. Hər kəs bilir ki, iki ölkə arasında mövcud anlaşma vardır. Təbii ki, biz də baş verənləri anlayışla qarşılayırıq. İki hökumət arasında işbirliyi körpüsü təsis etdik. Anlaşma vasitəsi ilə iki ölkə arasında nə olursa olsun, heç bir problem yoxdur. Türkiyənin güvənliyi İraqın güvənliyi mənasını daşıyır\". Sonda İraqın Türkiyədəki səfiri terror vasitəsi ilə heç bir problemin həll olunmadığını və baş verən hadisələrin beynəlxalq hüquq çərçivəsində həll olunması tərəfdarı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə