Xəbər verildiyi kimi, Dominikan və Puerto Riko dövlətlərinin ərazisindən start götrürən \"Ayrin\" qasırğası artıq gözlənilən proqnozları doğrultmaqdadır. Belə ki, qasırğa ABŞ-ın şərq sahillərinə çatıb. SİA-nın vesti.ru-ya istinadən verdiyi məlumata görə, prezident Barak Obamanın Ağ evdə keçirdiyi dövlət müşavirəsindən sonra, dərhal əhalinin evakuasiya əməliyyatlarına başlanılıb. İlk evakuasiya Şimali Karolinada baş tutub. Ştat ərazisində yerləşən Okrakok adasından bütün əhali köçürülüb. Qasırğanın sürətinin öncə saatda 180 km olacağını qeyd edən metereoloqlar sonradan həmin sürətin daha da artacağını istisna etmirlər. Qeyd edək ki, adada 5800-əyaxın insan yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB