Rusiyaya ilk dəfə səfər edən Şimali Koreya lideri Kim Çen İr Buryatiyada Rusiya prezidenti ilə görüşüb. 2 saatdan çox davam edən görüş bağlı qapılar arxasında keçib. SİA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə danışıqların nəticəsi ilə bağlı hələ ki, heç bir açıqlama verilməyib.
Görüşdən əvvəl yayılan məlumatlara görə, isə Şimali Koreyanın nüvə probleminin həlli üzrə altıtərəfli danışıqların tezliklə bərpası, həmçinin qarşılıqlı iqtisadi layihələrin reallaşdırılması perspektivləri əsas müzakirə mövzusudur.
Qeyd edək ki, Şimali Koreya lideri Rusiyadan ölkəsinə geri qayıdarkən yolunu Çindən salacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB