Türkiyə Böyük Millət Məclisində yenilik

Türkiyə Böyük Millət Məclisində yenilik
Türkiyə Böyük Millət Məclisi tarixində növbəti yenilik edilib. Belə ki, TBMM-in spikeri Cəmil Çiçək yazdığı rəsmi məktublar vasitəsi ilə konstitusiya dəyişikliyi mövzusunda universitetlərdə dərs deyən politoloqları və konstitusiya professorlarını müzakirələrə qatılmalarını istəyib.
Cəmil Çiçək yeni konstitusiya çalışmaları istiqamətində müxtəlif ali təhsil müəssisələrində çalışan 24 konstitusiya professoru ilə 19 sentyabr tarixində bir araya gələcək. \"Cihan haber\"in verdiyi məlumata görə, ünvanlarına göndərilən məktublarda bu sözlər yer alıb: "…Yeni konstitusiya hüquqlarının müəyyənləşdirilməsi üçün, akademik və professorlarımızın tövsiyyələri xüsusi önəm ərz etməkdədir. Bu vasitə ilə hər birinizin dəvətimi qəbul etməyinizi rica edir və indidən öz təşəkkürümü bildirirəm".
Xatırladaq ki, bu, TBMM tarixində bir ilkdir və bu günə qədər edilən konstitusiya dəyişikliyi müzakirələrində dövlət və hökumət rəsmilərindən başqa heç bir dövlət məmuru iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə