NATO-nun 64-cü hava hücumu nəticəsində Tripolinin Bab-el-Əziz məhəlləsi xarabalığa çevrilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu polkovnik Müəmmar Qəddafi yerli radio ilə xalqa müraciətində deyib. O, təcavüzkarlara qarşı mübarizədə yalnız ölüm və ya qələbənin ola biləcəyini vurğulayıb.
Eyni zamanda Liviyanın Milli keçid Şurası bildirib ki, Tripolidə üç gün gedən döyüşlərdə 400-dən çox insan həlak olub, iki min nəfər yaralanıb. Bundan əlavə Şura öz qərargahını iki gün ərzində Benqazidən paytaxt Tripoliyə köçürəcəyini bəyan edib.
Xatırladaq ki, Liviyada üsyançı dəstələr Tripolinin Bab-el-Əziz rayonunda Müəmmar Qəddafinin iqamətgahını ələ keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB