Qəddafinin iqamətgahı ələ keçirilib

Qəddafinin iqamətgahı ələ keçirilib

Liviya üsyançıları Tripolidəki Bab əl-Əziziyə məhəlləsində Müəmmər Qəddafinin iqamətgahını ələ keçiriblər. SİA-nın məlumatına görə, əvvəlcə binanın içərisində döyüşlər getsə də, tezliklə Qəddafi qoşunları atışmanı dayandırıb. Üsyançılar isə havaya atəş açaraq qələbələrini qeyd edir.

Üsyançılar binada Müəmmər Qəddafini axtarsalar da, onu tapa bilməyiblər.

Qeyd edək ki, binanın içində uzunluğu 30 km-ə çatan tunelin yerləşdiyi bildirilir. Tunelin bəzi qolları hətta Tripolidən kənara çıxışa malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə