Suriyada daha yeddi nəfər öldürüldü

Suriyada daha yeddi nəfər öldürüldü
Suriyadakı Yerli Koordinasiya Komitəsi və mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı ölkənin təhlükəsizlik qüvvələrinin bu gün günortadan sonra Suriyanın cənub və şimal bölgələrindəki bəzi kəndlərə silahlı basqınlar etdiyi xəbərini yayıb. Silahlı basqınlar nəticəsində yeddi nəfər kənd sakini öz həyatını itirib. Məlumatda bu günə qədər öldürülən insanların dəqiq sayı da açıqlanıb. Belə ki, təkcə avqust ayında 350 nəfər, etiraz dalğasının başlandığı beş ay müddətində isə, 2200 nəfərin öldürüldüyü bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə