İsrail siyasi böhranın dərinləşməsindən ehtiyat etməlidir

İsrail siyasi böhranın dərinləşməsindən ehtiyat etməlidir
İsrailin \"Haartez\" qəzetinin yazdığına görə, \"səkkizlik\" olaraq tanınan təhlükəzilik kabinetində baş tutan toplantıda Qəzzaya qarşı hərbi əməliyyatların dayandırılması istiqamətində müzakirələr aparılıb. Xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahu ilə müdafiə naziri Ehud Barak toplantıda İsrailin niyə bu kimi addım atması mövzusunda bir sıra arqumentlərlə çıxış ediblər. \"Səkkizlik\" formatında keçirilən toplantıda qərara alınıb ki, İsrail Qəzza əməliyyatlarından və Misir ilə siyasi böhranın daha da gərginləşməsindən ehtiyat etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə