Türkiyə Silahlı Qüvvələri İraqın şimalında gizlənən PKK terrorçularına qarşı hava əməliyyatlarını davam etdirir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Hava qüvvələrinin təyyarələri tərəfindən 20 avqust 2011 tarixində Mətnə, Zap, Avaşin-Basyan və Hakurk bölgəsində təsbit edilən 13 hədəf, 21 avqust 2011 tarixində Şam, Stansiyaya, Zap və Mətnə bölgələrində təsbit edilən 4 hədəf, 22 avqust 2011 tarixində isə Zap, Hakurk, Avaşin-Basyan və Şam bölgəsində təsbit edilən 7 hədəf davamlı olaraq bombalanıb.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı xəbərə əsasən isə İraqın şimalında gizlənən PKK terrorçularına qarşı hava əməliyyatları zamanı 100 terrorçu məhv edilib. Bundan əlavə, xəbərdə 80-dən çox terrorçunun yaralı olduğu qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB