Surix protokolları Türkiyə parlamentinin gündəlik planından çıxarılıb
Türkiyə ilə Ermənistan arasında 2009-cu ildə hər iki ölkənin xarici işlər naziri Edvard Nalbandyan və Əhməd Davudoğlu tərəfindən İsveçrədə imzalanmış protokollar Türkiyə parlamentinin gündəlik planından çıxarılıb. SİA-nın xəbərinə görə, parlamentin nizamnaməsinə görə, köhnə tərkibin səlahiyyəti dövründə (4 il) müzakirəyə çıxarılmayan qanun layihələri hüquqi qüvvəsini itirmiş sayılır.
Buna baxmayaraq qanunvericilik hökumətin və ya parlament üzvlərinin adlarından qanun layihəsini bərpa etmək imkanını verir.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) ötən çağırış müddəti dövründə baxılmamış qalan 898 qanun layihəsi və qətnamə Məclisin gündəlik planından çıxarılıb.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında 2009-cu ilin payızında Sürixdə imzalanmış protokollar iki ölkə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasını özündə ehtiva edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB