Anders Breyvik saxlandığı şəraitdən şikayətlənərək, ona qarşı \"sadizm işgəncəsinin\" verilməsini iddia edib
Bu gün Norveçdə baş verən faciəli terror hadisəsindən bir ay ötməkdədir. Xatırladaq ki, ölkənin tarixində ən qanlı hadisə kimi yadda qalan bu faciə nəticəsində 77 şəxs öz həyatını itirmişdi. Ultrasağşı ekstremist kimi qəbul edilən Anders Breyvekin törətdiyi vəhşilik Norveçin tarixində silinməz izlər qoymuşdur. SİA-nın verdiyi məlumata görə, bir həftə öncə, A.Breyvik polis nəzarəti altında ifadə verdiyi zaman, onun əynində zirehli jilet olub. Eyni zamanda, başı üzərində Norveç polisinin vertolyotu nəzarət uçuşu edib. Belə ki, ondan intiqam almaq üçün ətrafda insanların gizləndiyi ehtimal olunurdu.
Keçən həftənin cümə günü isə, Oslo şəhər məhkəməsi Breyvikin təkadamlıq kamerada saxlanılması qərarını irəli sürmüşdü. Onun vəkili Huqo Abelsetin dediyinə görə, Breyvik sentyabrın 19-na qədər təkadamlıq kamerada olduğu müddətdə qəzet, internet və televiziyadan istifadə etmək hüququna malik olmayacaq. Eyni zamanda, ona telefon danışıqları və məktub yazmaq da qadağan edilib. Vəkilin digər məlumatına görə, Breyvik saxlandığı şəraitdən şikayətlənərək, ona qarşı sadizm işgəncəsinin verilməsini iddia edib.

RÖVŞƏN NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB