Son günlər Gürcüstan ərazisində müşahidə edilən yağışlar ölkənin şərqində subasmaya səbəb olub. SİA-nın "Qruziy-online" saytına istinadən verdiyi xəbərə görə, Saqardjo, Qurdjani və Laqodexi rayonlarında avtomobil yolları və körpülər yararsız hala düşüb, yaşayış evlərinin həyətyanı sahələri və zirzəmiləri yağış suları ilə dolub.
Həmçinin, Laqodexi rayonunda çayın məcrasından çıxaraq daşma təhlükəsi yaranıb. Həmin ərazidə yerləşən yaşayış evlərindən əhali təxliyyə edilir. Yaranmış vəziyyətlə əlaqədar müvafiq işlər görülür
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB