“Daily Mail”: “İngiltərə Ermənistana ər və arvadı səfir təyin etməklə Ermənistanı gülünc yerinə qoyub”
Böyük Britaniyanın Ermənistana ər-arvad olan Conatan Ceyms Eyvs və Ketrin Ceyms Liçini bir vaxtda səfir təyin etməsi rəsmi İrəvana olan qeyri-ciddi münasibətin göstəricisidir. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Britaniyanın məhşur "Daily Mail" qəzeti yazıb: "Böyük Britaniya Xarici Siyasət İdarəsinin Ermənistana ər-arvad olan Conatan Ceyms Eyvs və Ketrin Ceyms Liçini bir vaxtda səfir təyin etməklə Ermənistanı gülünc yerinə qoyub. Bundan öncəki səfir Çarlz Lonsdeyli isə erməniəsilli qadınla ailə qurmuşdu. Məhz bu iki hadisənin fonunda britaniyalı diplomatların Ermənistandakı fəaliyyətini "Sevgi Səfirliyi" adlandırmaq olar".
Ermənistanın keçmiş XİN müavinidən sitat gətirən qəzet yaranmış vəziyyətin iki dövlət arasında münasibətlərə müsbət heç nə vəd etməyəcəyinə birbaşa göstəricisi olduğunu yazıb.
Qeyd edək ki, Böyük Britaniyanın Ermənistana yeni təyin olunan səfirləri ər-arvad olan Conatan Ceyms Eyvs və Ketrin Ceyms Liçi bu vəzifədə digər diplomatik xidmətə keçirilən səfir Çarlz Lonsdeyli əvəzləyəcək.
Yeni səfirlər 2012-ci ilin yanvarından vəzifələrinin icrasına başlayacaqlar. Onların daimi iqamətgahı İrəvanda yerləşəcək. Ər-arvad vəzifələrini növbəli şəkildə həyata keçirəcək – onlar hər 4 aydan bir bir-birini əvəz edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB