Əfqanıstanda ağır yol qəzası: 35 ölü

Əfqanıstanda ağır yol qəzası: 35 ölü

Əfqanıstanın Qəndəhar vilayətində çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kandaqar-Kabul marşrutu ilə hərəkət edən sərnişin avtobusu Dand ərazisində sürücünün idarəetməsindən çıxaraq çevrilib.

Nəticədə, 35 nəfər ölüb, daha 26 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bəzi yaralıların vəziyyətinin ağır olduğundan ölənlərin sayının artacağı istisna olunmur. İlkin ehtimala görə, qəzaya sürücünün ehtiyatsızlığı səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə