Ədalət və İnkişaf Partiyasının qərargahı önündə partlayış baş verib

Ədalət və İnkişaf Partiyasının qərargahı önündə partlayış baş verib
Bu gün səhər saatlarında İstanbulun Kadıköy səmtində hakim Ədalət və İnkişaf Partiyasına aid şöbələrin birində partlayış baş verib. \"Doğan Haber\" agentliyinin yaydığı xəbərə görə, partlayış nəticəsində şöbənin şüşələri və qapıları qırılıb. Polis hadisəylə bağlı araşdırmalara başlayıb. Belə ki, ətrafda da hiss edilən partlayış sonrası hadisəni törədən şəxslər barədə axtarış elan edilib. Ölən və yaralananlar yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə