Suriya Dövlət Televiziyasında görünməmiş hadisə baş verib. Belə ki, Dövlət Televiziyasında çıxış edən prezident Bəşər Əsəd ilk dəfə yerli jurnalistlər tərəfindən ona sual ünvanlanmasına icazə verib. B.Əsəd həmçinin, çoxpartiyalı sistemdə konstitusiyanın 8-ci maddəsinin dondurulduğunu da bildirib. Belə ki, Əsəd bu açıqlaması ilə 2012-ci ilin fevralında seçkinin keçiriləcəyi ilə bağlı ilk mesajını vermiş olub. Eyni zamanda, islahatların da keçiriləcəyini deyən Suriya prezidenti bunun üçün ən azı altı aya ehtiyac olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB