Liviyada Müammər Qəddafi dövrü sona çatdı

Liviyada Müammər Qəddafi dövrü sona çatdı

Liviyada 42 illik Müammər Qəddafi dövrü sona çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, üsyançıların paytaxt Tripolini ələ keçirməsinin ardından yüz minlərlə adam küçələrə tökülüb. Müammər Qəddafinin üç oğlu üsyançılar tərəfindən əsir götürülüb. Hər yerdə axtarılan Qəddafinin Venesuelada ola biləcəyi ehtimal edilir.

Liviyada aylardır davam edən qarşıdurmaların sonunda üsyançılar dünən gecə paytaxt Tripolini ələ keçiriblər. Gözlənilənlərin əksinə, üsyançılar Qəddafi tərəfdarlarından heç bir müqavimət görmədən paytaxta daxil olublar. Qəddafiyə bağlı ordu hissələrinin ortalıqda görünməməsi diqqət çəkib.

Üsyançılar Qəddafinin tərəfdarlarının güclü müdafiə olunduğu Bab əl-Əzizə bölgəsindən başqa bütün paytaxtı ələ keçirdiklərini açıqlayıblar. Üsyançılar dövlət televiziyasını və radiosunu da ələ keçirib. Tunis sərhədinə gedən avtomobil yolu və Tripoli hava limanı da Müvəqqəti Milli Şuranın nəzarəti altındadır. Bundan başqa "Əl Cəzirə" televiziyası Tripolidəki hökumət binalarına üsyançıların bayraqlarının asıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə