Türkiyənin baş nazir ilə İran prezidenti Boğaziçi körpüsündə görüşüb
Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti Mahmud Əhmədinejad arasında sürpriz bir telefon görüşməsi baş tutub.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan terror təşkilatı PKK-ya yönəlik hava əməliyyatlarının sürətləndiyi və Suriya ilə bağlı gərgin hadisələrin yaşandığı bir dövrə təsadüf edən görüşü, onu müşayiət edən maşın karvanını İstanbulun Boğaziçi körpüsündən əvvəlki son çıxışda yol kənarında saxladaraq reallaşdırıb. 37 dəqiqəlik telefon söhbətində əsasən iki mövzu haqqında müzakirələrin aparıldığı ehtimal olunur. Təhlükəsizlik baxımından əvvəllər yolda bu cür fasilələr verməyən Ərdoğanın ofisinə getməyi belə gözləmədən yol kənarında görüşməsi vacib bir mövzunun olduğu qənaətinə gəlinib.
Baş nazirin Mətbuat Mərkəzi (BBM) görüşdən bir neçə saat sonra Ərdoğanın Əhmədinejadla görüşdüyünü açıqlayıb. Qısa açıqlamada, telefon görüşməsində ikili münasibətlərin müzakirə edildiyi, Suriya başda olmaqla regiondakı vəziyyətlə bağlı fikir mübadiləsinin aparıldığı qeyd olunub.
Bu arada Türkiyənin rəsmi Dəməşqlə münasibətlərinin getdikcə sərtləşməsinin ardından Əhmedinejadın Ərdoğanla görüşməsi diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB