Tunis Keçid Milli Şurasını Liviyanın legitim höküməti kimi tanıyıb

Tunis Keçid Milli Şurasını Liviyanın legitim höküməti kimi tanıyıb

Tunis Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb. SİA-nın məlumatına görə, bu günə qədər Tunis höküməti Liviyadakı münaqişəyə münasibətdə neytrallığını qoruyub.

Bu dövlət həm qiyamçılar, həm də Muəmmar Qəddafinin hökümət qoşunlarına humanitar yardım göstərirdi.

Ancaq Tunis höküməti Keçid Milli Şurasının müstəqilliyini tanımaq qərarına gəlib. Beləliklə, qərbdəki ən yaxın qonşusu Qəddafidən faktiki olaraq üz döndərib.

Bu qərar Tunis ordusu ilə M.Qəddafinin hökümət qoşunlarının Tunis ilə sərhəddə toqquşmaları və M.Qəffadinin mövqeyinin zəifləməsi fonunda verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə