Yəməndə iki terror aktı baş verib: 11 ölü

Yəməndə iki terror aktı baş verib: 11 ölü

Yəmənin cənubunda terrorçu-kamikadzelər partlayış törədib. SİA-nın məlumatına görə, hadisə Abian əyalətində baş verib.

Burada \"Əl-Qaidə\" təşkilatının təsir dairəsi çox güclüdür. Terrorçu-kamikadzelərdən birinin özünü Əl-Ərkub blok-postu yaxınlığında partlatması nəticəsində 9 nəfər dünyasını dəyişib.

İkinci partlayış Yəmənin paytaxtı Sana şəhərindən 500 km uzaqlıqda yerləşən Mudiya rayonunda baş verib. Kütlə içərisində partlayan canlı bomba 3 nəfərin ölümünə səbəb olub.

Ölənlər \"Əl-Qaidə\" ilə mübarizə aparan hökümətə dəstək verən qəbilələrin üzvləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə