“Fukusima-1” AES-in 20 kilometrlik radiusunda radiasiyanın səviyyəsi mümkün normanı 100-500 dəfə üstələyir
"Fukusima-1" Atom Elektrik Stansiyasının (AES) ətrafındakı 20 kilometrlik ərazidə radiasiyanın səviyyəsi müxtəlif yerlərdə mümkün normanı 100-500 dəfə üstələyir. SİA-nın məlumatına görə, bu nəticə Yaponiya Elm və Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmış ölçmələr zamanı müəyyən edilib.
Ən yüksək radiasiya fonu – ildə 508,1 millizivert stansiyanın 3 kilometr cənub-qərbində yerləşən Okuma qəsəbəsində qeydə alınıb. 10-dan artıq ərazidə isə radiasiya fonunun ildə 100 millizivertdən artıq olduğu müəyyən edilib. Yaponiya qanunlarına əsasən, illik mümkün norma 1 millizivertə bərabərdir .Tədqiqatın nəticələri göstərir ki, "Fukusima-1" AES-in ətrafındakı ərazilərdən təxliyə edilmiş insanların geri qayıtması barədə danışmaq hələ tezdir. Baş nazir Naoto Kan hələ əvvəllər bildirib ki, bu məsələ yalnız 2012-ci ilin başlanğıcında öz həllini tapa bilər. Hazırda isə mütəxəssislər əldə edilmiş nəticələr əsasında ərazinin dezaktivasiyasına başlamaq üçün hazırlıq işləri görürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB