Avqustun 21-də Yaponiyanın Hönsü adasının şimal-şərq sahillərində növbəti zəlzələ baş verib.SİA-nın məlumatına görə, zəlzələnin gücü 4,7 bal təşkil edib. Sunami təhlükəsi gözlənilmir.
Zəlzələnin episentri Sakit okeanda Miyaqi prefekturasının sahillərində, ocağı isə okeanın 50 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar Yaponiyanın 6 prefekturasında hiss olunub.Son sutkalar ərzində bu, qeyd edilən bölgədə 4-4,4 bal gücündə baş vermiş 3-cü zəlzələdir.
Bütün xəbərlər Facebook səhifəmizdə