Müəmmar Qəddafi hökuməti üsyançılara atəşkəs təklifi edib. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, bu barədə Liviya hökumətinin rəcmi nümayəndəsi Musa İbrahim paytaxt Tripolidə keçirilən mətbuat konfransı zamanı jurnalistlərə deyib. M.İbrahim həmçinin qeyd edib ki, HATO qüvvələri də hava hücumlarını dərhal dayandırmalıdırlar.
Dünən gecə isə Qəddafinin atəşkəs təklifini qorxaqlıq kimi dəyərləndirən üsyançılar paytaxt üzərinə hücumlarını genişləndiriblər. Əl-Cəzirə televiziyasının verdiyi məlumata görə, qoşunların qəmas xəttində 100-dən çox döyüşçü həlak olub. Hər iki tərəf ölənlərin sayını dəqiqləşdirir.
Paytaxt Tripolidən isə fərqli xəbərlər gəlir. Qəddafinin oğlu Seyf əl-İslam televiziya ilə xalqa müraciətində üsyançıların paytaxt ətrafında ciddi məğlubiyyətə uğradıqları barədə danışıb. CNN kanalı isə üsyançıların paytaxtın içərilərinə doğru irəlilədikləri barədə xəbər yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB