Avropa Birliyi Suriyaya neft embarqosu qoydu. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton deyib. O, qeyd edib ki, bu barədə razılaşma ötən gün Brüsseldə AB-yə üzv olan 27 ölkə tərəfindən yekdilliklə qəbul olunub.
Qeyd edək ki, artıq ABŞ Suriyadan neft idxalatını dayandırmaq qərarına gəlib. Xarici ölkələrə ildə 75,3 milyon barrel neft satan Suriya ABŞ-a gündə 9 min barrel neft ixrac edirdi. Suriyadan illik 229 milyon dollarlıq neft idxal edən ABŞ bu sanksiyası ilə Suriyaya illik 6,5 milyard dollarlıq zərbə vurub.
İlkin NƏCƏFOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB