Avropa parlamentinin rəhbəri Suriya hakimiyyətini boykot elan etməyə çağırıb

Avropa parlamentinin rəhbəri Suriya hakimiyyətini boykot elan etməyə çağırıb

Avropa Parlamentinin sədri Yeji Buzek Avropa İttifaqı ölkələrinə çağırış edib. SİA-nın məlumatına görə, Parlament sədri Suriya prezidenti Bəşşar əl-Əsədin rejimini boykot elan etməyə çağırıb.

Buzekin bəyanatında deyilir: "Mən ölkələri Əsəd rejimi ilə qalan biznesi də aparmağı dayandırmağa çağırıram. Bizim sanksiyalar dəqiq və effektli olmalıdır. Biz neft, qaz və digər mənbələrdən daxil olan gəlirlərin Suriya xalqının zorakı təbiqinin dəstəklənməsinə yönəlməsinə yol verə bilmərik".

Qeyd edək ki, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi Brüsseldə Suriyaya qarşı yeni sanksiya tədbirlərinin tətbiqi variantlarını müzakirə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə