Hollandiya jurnalisti Tiys Zonneveld həmvətənlərinin doğma ölkəni tərk etmədən xizək sürməsinə imkan vermək üçün Hollandiya düzənliyində iki min metr hündürlükdə süni dağ yaratmağı təklif edib. SİA-nın məlumatına görə, bu barədə Belçikanın KİV-ləri məlumat veriblər.
Hollandiyanın bir neçə idman federasiyası, o cümlədən xizəksürmə idmanı və idmanın digər dağ növlərinin nümayəndələri bu ideyaya tərəfdar çıxıblar. Hollandiyanın "Alp" zirvəsi əldə etməsi üçün min tonlarla süni qar tələb olunduğu onları narahat etmir.Zonneveld xizəksürənlər və bobsleistlər üçün yolları, qaldırıcı qurğuları və kottec infrastrukturu olan dağ yaradılmasını təklif edir.
Hazırda Hollandiyanın ən yüksək nöqtəsi hündürlüyü 323 metr olan Vaalsberq təpəliyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB