Yaponiya və Fici adalarında zəlzələ baş verib

Yaponiya və Fici adalarında zəlzələ baş verib

Yaponiyanın Honsu adasının şərqində zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,8 bal təşkil edib. Zəlzələnin episentri Fukusima şəhərindən 113 km aralıda qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsinin olmadığı bildirilir.

Həmçinin Fici adasında da zəlzələ baş verib. Yeraltı təkanların gücü 6,2 bal təşkil edib. Zəlzələnin episentri Tonqa adasından 343 km şimal-qərbdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsinin olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə