Belçikada qasırğa olub

Belçikada qasırğa olub. Qasırğa zamanı 2 nəfər ölüb, 40 nəfərə yaxın insan isə xəsarət alıb. Qasırğadan ən çox xəsarət alan Xassel şəhəri olub. Hadisənin ən güclü olduğu ərazidə rok festivalı keçirilməsi xəsarət alanların sayının artmasına səbəb olub. Xasseldə olacaq bütün digər konsert və festivallar qasırğa səbəbilə təxirə salınıb. Qeyd edək ki, ekspertlər ölü və yaralıların sayının artacağını bildiriblər.

GÜNEL

Bütün xəbərlər Facebook səhifəmizdə