İsrailin Qəzza bombardmanında Həmas qruplaşmasından olan 6 səlahiyyətli şəxs öldürüldü
İsraildə mülki əhaliyə qarşı ölümlə nəticələnən dəhşətli hücum baş verib. Ölkənin cənubunda, Misirlə sərhəddə yerləşən Elyat şəhəri yaxınlığında baş verən qəfil hücum zamanı nəfər ölüb, 10-dan çox insan yaralanıb. Hücum zamanı bir qrup silahlı mülki əhalini daşıyan avtobusa qumbaraatandan atəş açıb.
Hücum edənlərlə onları təqib edən İsrail mühafizə gücləri arasında silahlı atışma baş verdiyi xəbəri ilə bərabər Misir sərhədindən ardıcıl olaraq hücumlar edildiyi xəbəri yayılıb.
İsrail hökumətinin axşam saatlarında hücumlara cavab atəşi verəcəkləri açıqlamasından qısa vaxt keçdikdən sonra İsrailin qırıcı və bombardamançı təyyarələri Qəzzanın cənubundakı Rəfah şəhərində bir evi bombalayıb.
RÖVŞƏN NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB