Çeçenistanda dörd silahlı məhv edilib

Çeçenistanda dörd silahlı məhv edilib

Qroznıda avqustun 18-nə keçən gecə xüsusi əməliyyat zamanı dörd silahlı məhv edilib. SİA-nın məlumatına görə, bu barədə mətbuata əməliyyata şəxsən rəhbərlik edən Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.

Xüsusi əməliyyat başa çatıb. Silahlıların üstündə hərbi sursat və partlayıcı maddələr aşkar olunub.

R.Kadırov deyib ki, operativ tədbirlər sayəsində ağır cinayətlərin qarşısını almaq mümkün olub. Hazırda məhv edilmiş silahlıların başçısı Müslüm Qakayevın axtarışları gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə