İran Rusiyanın nüvə probleminin həlli üzrə irəli sürdüyü konsepsiyanı bəyənib

İran Rusiyanın nüvə probleminin həlli üzrə irəli sürdüyü konsepsiyanı bəyənib

İran Rusiyanın nüvə probleminin həlli üzrə irəli sürdüyü konsepsiyanı bəyənib. SİA-nın "İTAR-TASS" istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Mahmud Əhmədinejad Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Tehranda görüşdən sonra deyib. O, qeyd edib ki, rəsmi Tehran Rusiyanın problemin addım-addım həlli ideyasını müsbət qəbul edir.

Nikolay Patruşev isə öz növbəsində bildirib ki, İranın nüvə məsələsinin müzakirəsi zamanı Mahmud Əhmədinejadın, həm də İran İslam Respublikasının dini rəhbəri Ayatolla Əli Xameyninin fikirlərini nəzərə alınmadan İranın nüvə probleminin həllini tapmaq çətindir.

Bütün xəbərlər Facebook səhifəmizdə