Abdulla Güldən terrorçulara sərt bəyanat: “Bunun bədəli çox böyük olacaq”

Abdulla Güldən terrorçulara sərt bəyanat: “Bunun bədəli çox böyük olacaq”

Türkiyə prezidenti Abdullah Gül Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi maşın karvanının PKK terrorçuları tərəfindən atəşə tutulmasına sərt bəyanat bildirib: "Hər kəs bilməlidir ki, dövlətdən güclü heç nə yoxdur. Kimsə silahla, terrorla, şiddətlə hər hansı bir şəkildə hakimiyyətdən nəsə tələb etmək istəyirsə, çox səhv edir. Və bunun bədəli çox böyük olacaq". SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, İstanbuldan Ankaraya gələn zaman "Esenboğa" hava lımanında Abdulla Gül terrorçulara qarşı mübarizə əməliyyatlarına başlamaq üçün Ramazan ayının başa çatmasını gözləməyəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə