Norveçdə təbiət terroru

Son günlər aramsız yağan yağışlar Norveçin bir neçə regionunda subasmaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, çaylar məcrasından çıxıb, avtomobil yolları yararsız hala düşüb, körpülər dağılıb, bəzi yaşayış məntəqələri ətraf mühitdən təcrid olub. Təhlükəsizlik tədbirləri çərçivəsində Olena şəhərinin əhalisi təxliyyə edilir.

Ətraf mühitdən təcrid olunmuş digər yaşayış məntəqələri ilə əlaqə yaradılır. Bildirilir ki, insanların təxliyyəsində helikopterlər və qaldırıcı kranlardan istifadə olunur. Tələfat və xəsarət alanlar barədə məlumat verilmir. Yaranmış vəziyyətlə əlaqədar yerlərdə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə