Hindistanda qeyri-sabit hava 29 nəfərin ölümünə səbəb olub

Hindistanda qeyri-sabit hava 29 nəfərin ölümünə səbəb olub

Son günlər Hindistanın şimalında müşahidə edilən aramsız yağışlar və güclü külək tələfata səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qeyri-sabit hava şəraiti ölkənin bir neçə ştatında çayların məcrasından çıxmasına, subasma və torpaq sürüşməsinə, həmçinin, ağacların kökündən çıxaraq aşmasına səbəb olub.

Bəzi yaşayış məntəqələri ətraf mühitdən təcrid olunub. Nəticədə, son sutka ərzində, azı 29 nəfər ölüb. İtkin düşənlər və xəsarət alanlar barədə məlumat verilmir. Yaranmış vəziyyətlə əlaqədar müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə