Ermənistanda narkomaniyadan əziyyət çəkənlərin sayı artmaqda davam edir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Milli Statisktika Komitəsinin sosial sahə üzrə rəhbəri Nelli Baqadasaryan deyib. Onun sözlərinə görə, 2009-ci ilə nisbətdə 2010-cu ildə narkoloji dispanserə qeydiyyata düşmək üçün müraciət edənlərin sayı çoxalıb: "Əgər 2009-cu ildə narkoloji dispanserə müraciət edənlərin sayı 676 nəfər təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 912 nəfərə çatıb. Həmçinin 2009-cu ildə 200 nəfərə "narkoman" diqanozu qoyulmuşdusa, 2010-cu ildə bu rəqəm 270 nəfərə çatıb".
Qeyd edək ki, Narkoloji dispanserin rəhbəri Petros Semerdjyan ötən həftə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ermənistanda narkomaniyadan əziyyət çəkənlərin sayı 35 faiz artıb. Eyni zamanda Ermənistanda narkotikdən asılığın aradan qaldırılması da hər kəsin cibinə uyğun deyil.
Belə ki, bir nəfərin tam narkotik vasitədən azad edilməsi üçün 2 min dollara (700-800 min dram) yaxın pul lazım olur. Ermənistanda orta əmək haqqı 150 min dram (200 dollar) olmasını nəzərə alsaq, xəstəliyə düçar olanların sağalması qeyri-mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB