Briqada Generalı OPEK-in rəhbəri oldu

Briqada Generalı OPEK-in rəhbəri oldu

OPEK-in yeni rəhbəri təyin olunub. SİA-nın xəbərinə görə, bu İranın Briqada generalı \"Xətəmu-l-Ənbiya\" bazasının, İslam İnqilabı Keşikçiləri Korpusunun tikinti bölməsinin rəhbəri Rüstəm Qasımidir.

İran Parlamenti general Rüstəm Qasıminin neft naziri vəzifəsinə təsdiq etdikdən sonra o, birbaşa olaraq OPEK-in rəhbəri olub. Qasıminin bu vəzifəyə təyin edilməsinin lehinə 216, əleyhinə 22 parlamentari səs verib, 7 nəfər bitərəf qalıb.

Qeyd edək ki, hazırda OPEK-ə İran sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə