Böyük Britaniyada vəziyyət gərgin olaraq qalır

Böyük Britaniyada vəziyyət gərgin olaraq qalır

Böyük Britaniyada iğtişaşların yeni mərkəzinə çevrilən Mançesterdə vəziyyət getdikcə gərginləşir. SİA-nın xəbərinə görə, 50 nəfərdən ibarət qruplarla hərəkət edən iğtişaşçılar mağaza və supermarketləri qarət ediblər. Şahidlərin sözlərinə görə, iğtişaşçılar avtomobillərlə gələrək mağazaları bir neçə dəqiqə ərzində qarət etdiklərindən, polis onları saxlaya bilmir. Şəhərin Solford rayonunda isə iğtişaşçılar avtomobilləri yandırıblar. Birminqem şəhərində də analoji vəziyyət davam edir.

Burada iki avtomobil partladılıb, iğtişaşçılar polisi daşqalaq ediblər. 200-ə yaxın gənclə polislər arasında qarşıdurma olub. 3 saat davam edən qarşıdurma nəticəsində 47 nəfər həbs edilib. Paytaxt Londonda asayişi bərpa etmək üçün polislərin sayı 6 mindən 16 minədək artırılıb. Buna baxmayaraq, şəhərdə sabitliyin əldə edilməsi hələ ki, mümkün olmayıb.

İğtişaşlarda ölənlərin sayı isə 15 nəfərə çatıb. Polis isə iğtişaşları törədən min 500-dən çox insanı həbs edib. Onlar arasında ibtidai sinif müəllimləri, 11 yaşlı uşaq və zəngin ailədən olan qızlar da var.

Bütün xəbərlər Facebook səhifəmizdə