Barak Obama zənginlər üçün vergiləri artırmaq ideyasını dəstəkləyir

Barak Obama zənginlər üçün vergiləri artırmaq ideyasını dəstəkləyir

ABŞ Prezidenti Barak Obama dünyanın ən zəngin insanlarından sayılan "Bershire Hathaway" investisiya holdinqinin başçısı Uorren Baffetin belə bir fikri ilə həmrəydir. SİA-nın məlumatına görə, prezident düşünür ki, varlı amerikalılar üçün vergilərin artırılması, habelə xərclərin azaldılması büdcə böhranının və dövlət borcunun artmasının öhdəsindən gəlməyə kömək edə bilər.

Barak Obama bunu ABŞ-ın Orta Qərbinə avtosəyahət zamanı bəyan edərək bildirib ki, sıravi amerikalıların əmək haqları U.Baffetə nisbətən az olsa da, onlar üçün gəlir vergisi dərəcəsi yüksəkdir.

U.Baffet bundan əvvəl ötən il xəzinəyə 7 milyon dollar ödədiyini, bunun da onun gəlirinin 17 faizini təşkil etdiyini diqqətə çatdırmışdı: "Şirkətimizin qalan işçiləri üçün vergi dərəcəsi orta hesabla 36 faiz təşkil edir. Vergi ödəyicilərinin əksəriyyəti üçün cari vergi dərəcələrini olduğu kimi saxlamaq, ildə 1 milyon dollardan çox pul qazanan şəxslər üçün isə vergiləri mütləq artırmaq lazımdır. Gəliri 10 milyon dollar və daha çox olanlar isə daha çox vergi ödəməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə