Çində kömür mədənində partlayış: 10 ölü

Çində kömür mədənində partlayış: 10 ölü

Çinin cənub-qərbində, Quydjou vilayətində fəaliyyət göstərən \"Qoxenou\" kömür mədənində partlayış qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə zamanı mədəndə 11 şaxtaçı olub. Onlardan 10-u ölüb, 1-i isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İlkin ehtimala görə, partlayışa qaz sızması və təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Qəzanın başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə