Yol qəzasında 28 zəvvar can verdi

Yol qəzasında 28 zəvvar can verdi

Pakistanda Karaçi şəhərindən 20 km şimal-qərbdə çoxsaylı insan tələfatı ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində 80 zəvvarın olduğu avtobus Xab şəhəri yaxınlığında sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb.

Nəticədə 25 nəfər ölüb, 35 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Digər şəxslər barədə məlumat verilmir. İlkin ehtimala görə, qəzaya avtobusun həddindən artıq yüklənməsi səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə