Ermənistandan köçənlərin sayı artıb

Ermənistandan köçənlərin sayı artıb

Ermənistandan xaricə köçənlərin sayı ölkəyə gələnlərdən 90 min nəfər çoxdur. SİA-nın məlumatına görə, Ermənistanın Milli Statistika Xidməti respublikaya gələnlərin və bu ölkədən köçənlərin vəziyyəti ilə bağlı hesabat açıqlayıb.

Hesabatda xidmətin əhalinin qeydiyyatı və demoqrafiya şöbəsinin müdiri Karina Kuyumcyanın məlumatı verilib. K.Kuyumcyan 2011-ci ilin yanvarından iyulunadək Ermənistana 754 min 371 nəfərin gəldiyini, 821 min 644 nəfərin isə ölkəni tərk etdiyini bildirib. Şöbə müdiri bunlardan 368 min 753 nəfərinin bu ölkəyə gələn, 458 min 98 nəfərinin isə bu ölkəni tərk edən Ermənistan vətəndaşları olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə