Şell şirkətinin Şimal dənizindəki quyusundan neft sızması baş verib
Şell şirkətinin Şotlandiya sahillərindən 180 kilometr uzaqlıqda Şimal dənizindəki quyusundan neft sızması baş verib SİA-nın http://podrobnosti.ua saytına istinadən verdiyi məlumata görə, şirkətin rəsmi nümayəndəsi xəbəri təsdiq edib. Məlumatda bildirilir ki, qəza baş vermiş quyuda görülən tədbirlər nəticəsində neftin dənizə axmasının qarşısı alınıb. Dənizə neçə ton xam neftin axdığı barədə dəqiq məlumat yoxdur. Britaniyalı mütəxəssislər hadisə baş verən yerə yollanıblar.
Qeyd edək ki, ötən il Meksika körfəzindəki bp şirkətinə məxsus platformada da qəza baş vermişdi. Nəticədə milyinlarla ton xam neftin dənizə axması körfəz ölkələrində ekoloji faciənin baş verməsinə səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB