Britaniyalı jurnalist: “İngiltərə hökumətini Hüsnü Mübarəkin taleyi gözləyir”
İnqilab baş verdi. "Ərəbistanın Yaz havası\" artıq "İngiltərənin Yaz havası\"na çevrilib. SİA-nın xəbərinə görə, bunu Böyük Britaniyadan olan məhşur jurnalist Qvin Dayer BBC-yə müsahibəsində deyib. O, qeyd edib ki, nümayişlər getdikcə genişlənəcək: " Mən bunu iğtişaşlar yox, xalqın oyanışı kimi adlandırardım. Bu hazırda Suriyada, Klepxemdə, Liverpulda, Port-of-Speyndə, Trinidada da baş verir. İnqilabların ayrı-ayrı ölkələrdə baş verməsinə baxmayaraq İngiltərədə baş verən inqilab rezonans doğurub və dünyanı silkələyib. London od içindədir. Hökümət nümayişlərin geniş vüsət alacağından qorxur".
Jurnalist müsahibəsində İngiltərə hökümətinin gələcəyini Hüsnü Mübarəkin taleyi ilə eyni olacağını vurğulayıb: " Tunisdə baş verən inqilab Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnməsi və sindromun Suriyaya keçməsi fonunda İngiltərə hökumətinin devrilməsi də Amerika və Çin hakimiyyətinin məhv olmasına təkan verəcək. Artıq üçüncü gecədir davam edən iğtişaşlar Londonun digər hissələrinə və İngiltərənin müxtəlif şəhərlərinə yayılıb. Londona əlavə 1700 polis gətirilib, şəhərdə mağazalar yarılıb, mallar oğurlanıb, binalara od vurulub. Birmingem, Liverpul, Nottingem və Bristol şəhərlərində də zorakılıq törədilib. Bu davam edəcək".
Qeyd edək ki, iğtişaşlar başlayandan bəri – son üç gündə Londonda cinayət törədən 400 adam həbs olunub. 69 adam müxtəlif cinayətlərə görə müqəssir bilinib. Londonun şimal-qərbində, Brent bələdiyyəsi ərazisində polis işçisi mağaza yaranları saxlamağa cəhd göstərərkən maşının zərbəsi nəticəsində zədə alıb. 3 nəfər bu hadisə ilə bağlı qətlə cəhd şübhəsi altında həbs olunub.
Londonda mağazaların yarılması, binalara od vurulması üç gecə davam edib. Gənclər polis maşınlarını taxta və metal payalarla darmadağın edib. Ölkənin digər yerlərindən 9 polis qüvvəsi, o cümlədən Britaniya nəqliyyat polisi və şəhər polisi paytaxtın əsayişinin bərpasına kömək edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB