İngiltərə sindromu Almaniyaya keçə bilər. SİA-nın Ria Novostiyə istinadən verdiyi xəbərə görə, ötən gecə paytaxt Berlində naməlum şəxslər tərəfindən 7 avtomobil yandırılıb. Nəticədə avtomobillərdən 5-i tamamilə istifadəyə yararsız hala düşüb.
Artıq Almaniyada yaranan vəziyyətin qarşısını almaq üçün ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Öz növbəsində baş verən hadisəni araşdırmağa başlayan Berlin polisi isə avtomobillərin yandırılmasını siyasi amillərlə bağlamağın tez olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB