Merkel və Sarkozi Avrozonadakı böhranlı vəziyyəti müzakirə edəcəklər
Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Angela Merkel avqustun 16-da Parisdə avrozonadakı vəziyyəti müzakirə etmək üçün təcili görüş keçirəcəklər.
SİA-nın məlumatına görə,Avro zonasının iki böyük iqtisadiyyat liderlərinin qarşıdakı danışıqları barədə xəbər maliyyə bazarlarında kəskin volatillik fonunda, Fransanın kredit reytinqinin aşağı düşə biləcəyi barədə şayiələrin yayıldığı, İtaliyada borc böhranının dərinləşdiyi bir vaxtda meydana çıxıb.
Yelisey sarayının press-relizində deyilir ki, "iki ölkənin liderləri yayın sonunadək avrozonanın idarə olunması sahəsində islahat barədə birgə təkliflər hazırlamağı qərara alıblar".
Ekspertlər Almaniya və Fransanın öz yüksək kredit reytinqini itirmədən avrozonanın "problemli" ölkələrinə böyük həcmdə maliyyə vəsaiti ayırmaqda davam edə biləcəklərinə şübhə ilə yanaşırlar.
Böhran keçən il Yunanıstanda başlanıb və bir çoxları indi də narahatdırlar ki, İspaniya və İtaliya kimi iri iqtisadiyyatlar onun qurbanı ola bilər. Bu isə, şübhəsiz, 17 ölkənin daxil olduğu vahid Avropa valyutası zonasının kollapsına gətirib çıxara bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB