Qazaxıstanda dəmiryol qəzası baş verib

Qazaxıstanda dəmiryol qəzası baş verib

Qazaxıstanın şimalında dəmiryol qəzası baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 2 yük qatarının toqquşması benzinlə dolu 9 vaqonun relsdən çıxmasına səbəb olub.

Nəticədə, iki vaqonda olan benzin ətrafa dağılıb. Qəzanın nəticələrinin aradan qaldırılması üçün əraziyə 200 nəfər canlı qüvvə və 14 ədəd xüsusi texnika cəlb olunub. Hazırda ərazidə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə