Quraqlıq və vətəndaş müharibəsindən qaçan afrikalı analar yardım mərkəzlərinə çatmaq üçün səfərləri əsnasında zəif düşən uşaqlarını yol kənarlarında ölümə təslim etmək məcburiyyətində qalırlar. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı təxminən 40 min somalilinin iyul ayından bəri yemək tapmaq məqsədilə paytaxt Moqadişu yollarına düşdüyünü bildirib. İndiyə qədər Somali, Keniya, Efiopiya, Dibuti və Sudanda on minlərlə insanın öldüyü, 12 milyona qədər adamın da bu təhlükə altında olduğu bildirilir. Qeyd edək ki, bu ölkələr arasında ən kritik vəziyyət Somalidə müşahidə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB