İranın Buşəhr vilayətinin Assaluye ostanlığı ərazisində yerləşən sənaye zonasında qəza baş verib. SİA-nın "MEHR" agentliyinə istinadən verdiyi xəbərə görə, "Pardis" neft-kimya zavodunda duru ammonyak ilə dolu çənlərdən birində 3 sm dəlik əmələ gəlib, bu da 3 km radiusda donmaya səbəb ola bilər.
Təhlükəsizlik tədbirləri çərçivəsində zavodun əməkdaşları dərhal hadisə yerindən təxliyyə olunub. Xəsarət alanların olmadığı bildirilir. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub. Hadisə ilə bağlı ərazidə müvafiq işlər görülür. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB