ABŞ-da aviaqəza: 2 ölü

ABŞ-ın Virciniya ştatında aviaqəza baş verib. SİA-nın "RiaNovosti"yə istinadən verdiyi xəbərə görə, yüngülmühərrikli təyyarə Fokye yaşayış məntəqəsi yaxınlığında yerə çırpılaraq alışıb.

Nəticədə, təyyarədə olan 2 nəfər ölüb. Ərazidə müvafiq işlər görülüb. Təyyarənin markası və yerdə xəsarət alanlar barədə məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə